Bakıda 4 otaqlı evdə yanğın söndürülüb - YENİLƏNİB

Bakıda 4 otaqlı evdə yanğın söndürülüb - YENİLƏNİB
# 28 yanvar 2023 11:50 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində (Kənd Əhmədli), Balaxan Süleymanov küçəsində birmərtəbəli fərdi yaşayış evində birmərtəbəli fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı fərdi yaşayış evinin mətbəxində yanğın baş verməsi müəyyən edilib.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

11:18

Bakıda 4 otaqlı evdə yanğın hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Xətai rayonu Əhmədli qəsəbəsində baş verib.

4 otaqlı fərdi yaşayış evinin bir otağında tüstülənmə olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.

Hazırda evdəki yanğının söndürülməsi istiqamətində işlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR