Bakıda küçədə kişi meyiti tapılıb

Bakıda küçədə kişi meyiti tapılıb
# 09 oktyabr 2019 16:11 (UTC +04:00)

Bakıda ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, paytaxtın Yasamal rayonu ərazisində küçədə orta yaşlı kişinin meyiti aşkar edilib.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin, Tovuz rayon sakini, 1972-ci il təvəllüdlü Məmmədov Müşfiq Fəxrəddin oğlu olması müəyyən edilib.

M.Məmmədovun ürək çatışmazlığından öldüyü ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR