Bakıda 48 yaşlı qadının meyiti tapılıb

Bakıda 48 yaşlı qadının meyiti tapılıb
# 06 iyun 2022 14:52 (UTC +04:00)

Bakıda mənzildə meyit aşkarlanıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmadı barədə məlumat daxil olub. Məlumata əasən, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1974-cü il təvəllüdlü Əliyeva Səbinə Hüseyn qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR