Bakıda 7 evdən oğurluq edən şəxslər saxlanılıb

Bakıda 7 evdən oğurluq edən şəxslər saxlanılıb
# 08 sentyabr 2022 13:49 (UTC +04:00)

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən silsilə oğurluqlar edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Rəhman Hacıyev, Elnur Tahirov və Mirasəf Kərimli tutulublar. Onların Xəzər rayonunun Binə və digər qəsəbələrində 7 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları məlum olub. Araşdırma zamanı bu şəxslərin həmçinin paytaxtın Suraxanı və Sabunçu rayonlarında da evlərdən oğurluq etdikləri müəyyən edilib. Saxlanılan şəxslər əldə etdikləri qızl-zinət və məişət əşyalarını Nizami rayonunda yerləşən ticarət mərkəzlərindən birində satıblar.
Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Adları çəkilən şəxslərlə əlbir olan digər dəstə üzvlərinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR