Bank Of Baku

Bakıda itkin düşən şəxs tapılıb - FOTO - YENİLƏNİB

Bakıda itkin düşən şəxs tapılıb - FOTO  - YENİLƏNİB
# 22 mart 2022 14:16 (UTC +04:00)

Bakıda itkin düşən 76 yaşlı kişi tapılıb.

Bu barədə APA-ya itkin düşən şəxsin ailə üzvləri məlumat verib. Onlar bildiriblər ki, Nikolay Velizhanin evə qayıdıb. Onun yolu unutduğu üçün evə qayıda bilmədiyi bildirilib.

***

13.08

Bakıda 76 yaşlı kişi itkin düşüb.

APA-nın xəbərinə görə, paytaxtın Nəsimi rayonunda 1946-cı il təvəllüdlü Nikolay Velizhanin ötən gün saat 18 radələrində evdən çıxıb və geri qayıtmayıb.

Ailə üzvləri APA-ya açıqlamasında bildiriblər ki, evdən çıxarkən onun əynində qara gödəkcə, göy cins şalvar, gözündə eynək, əlində əsa, başında qara papaq olub.

Hadisə ilə bağlı polisə və 102 qaynar xəttinə müraciət olunub.

Aysel Şahmar

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR