Bakıda avtobus qəzası baş verib

Bakıda avtobus qəzası baş verib
# 07 dekabr 2022 20:43 (UTC +04:00)

Bakının Maştağa qəsəbəsində Zabrat hava limanı yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəzada “Ayşən LTD” MMC-nin istismarında olan 172 nömrəli marşrutda işləyən 90-JF-715 avtobus da iştirak edib.

Daşıyıcının verdiyi məlumata görə qəza minik avtomobilinin qəflətən geri dönmə manevri etməsi nəticəsində baş verib.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, hadisə nəticəsində avtobusdakı sərnişinlərdən xəsarət alan olmayıb.

Elşən Yəhyayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR