Bakıda avtomobil mopedlə toqquşub, Pakistan vətəndaşı xəsarət alıb

Bakıda avtomobil mopedlə toqquşub, Pakistan vətəndaşı xəsarət alıb
# 22 mart 2023 11:58 (UTC +04:00)

Bakıda Pakistan vətəndaşı yol qəzasında xəsarət alıb.

APA xəbər verir ki, Xətai rayonu, Lütfizadə və Sarayevo küçələrinin kəsişməsində 2000-ci il təvəllüdlü Səfərli İlkin Elmar oğlunun idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Pakistan Respublikası vətəndaşı 2002-ci il təvəllüdlü Abdul Vahab Vasifin idarə etdiyi moped toqquşub.

Nəticədə Pakistan vətəndaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR