Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb
# 12 yanvar 2022 09:20 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Elvin Nəcəfli Zabrat- Kürdəxanı istiqamətində idarə etdiyi avtomobillə piyada, Zərdab rayon sakini, 1991-ci il təvəllüdlü Anar Əhmədovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR