Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb
# 17 yanvar 2022 03:39 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər həlak olub.

APA xəbər verir ki, hadisə Sabunçu dairəsində qeydə alınıb.

Hələlik ad soyadı naməlum olan təxminən 30-35 yaşlı kişi yolu keçərkən onu minik avtomobili vurub.
Piyada hadisə yerində ölüb. Meyit morqa yerləşdirilib. Hazırda ölən şəxsin kimliyi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR