Bakıda avtomobil yük maşınına çırpılıb - VİDEO

Bakıda avtomobil yük maşınına çırpılıb  - VİDEO
# 27 aprel 2022 02:54 (UTC +04:00)

Bakının Yasamal rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə “Qələbə” dairəsində baş verib.

Mətbuat prospekti ilə hərəkətdə olan “Toyota” markalı avtomobil Abdulvahab Salamzadə küçəsində olan “İsuzu” markalı yük maşınına çırpılıb.

Hadisə nəticəsində minik avtomobilinə ciddi ziyan dəyib. Ərazidə tıxac yaranıb. Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb olunub. Nəqliyyat vasitələri ərazidən götürülüb. Hadisə ilə bağlı avtotexniki ekspertiza təyin olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR