Bakıda avtomobilin vurduğu piyada ağır xəsarət alıb

Bakıda avtomobilin vurduğu piyada ağır xəsarət alıb
# 21 may 2023 23:50 (UTC +04:00)

Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə metronun "Xalqlar Dostluğu" stansiyasının yaxınlığında baş verib.

Belə ki, 1964-cü il təvəllüdlü Hacısəlimov Nəzir Tofiq oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu “VAZ 2107” markalı nəqliyyat vasitəsi vurub.

Sürücü dərhal yaralını xəstəxanaya çatdırıb.

Piyada xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR