Bank Of Baku

Bakıda avtomobillər toqquşub, ölən var

Bakıda avtomobillər toqquşub, ölən var
# 14 iyun 2023 08:52 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocasən avtomobil yolunun “Abşeron” TM-in qarşısından keçən hissəsində sürücü Yusubov Ruslan Elçin oğlunun idarə etdiyi “Priora” markalı avtomaşınla digər sürücü Sarıyev Haqverdi Mehman oğlunun idarə etdiyi “Hyundai Sonata” markalı avtomaşın toqquşub.

Nəticədə “Hyundai Sonata” markalı avtomaşında sərnişin olan Abdullayev Zaur Abdulla oğlu ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR