Bakıda bir "BMW" piyadanı vurub, digəri qəzaya uğrayıb - FOTO - VİDEO

Bakıda bir "BMW" piyadanı vurub, digəri qəzaya uğrayıb - FOTO - VİDEO
# 12 sentyabr 2019 00:20 (UTC +04:00)

Bakıda avtomobil yaşlı qadını vurub, digər avtomobil isə səkiyə çırpılıb.

APA xəbər verir ki, Nəsimi rayonu Abbasqulu Ağa Bakıxanov küçəsində yolu keçmək istəyən təxminən 60-65 yaşlı qadını 99-EF-888 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobil vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Avtomobil cərimə meydançasına yerləşdirilib.

Digər hadisə isə Rəşid Behbudov küçəsində baş verib. Belə ki, "BMW" markalı avtomobillə hərəkətdə olan sürücü idarəetməni itirərək avtomobili səkidəki dəmir arakəsməyə çırpıb. Nəticədə sürücü xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR