Bakının Nəsimi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə 28 May küçəsində qeydə alınıb.
Belə ki, 1990-ci il təvəllüdlü Məmmədli Elvin İlqar oğlunu yolu keçərkən motosiklet vurub.
Həm sürücü, həm də piyada müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.