Bakıda gənc qadın üz və boğazından bıçaqlanıb

 Bakıda gənc qadın üz və boğazından bıçaqlanıb
# 05 yanvar 2022 05:21 (UTC +04:00)

Bakının Nizami rayonunda qadın bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Keşlə qəsəbəsində baş verib. Marketin qarşısında Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Cəfərova Pərvanə Canbaxış qızı tanıdığı oğlanın hücumuna məruz qalıb. Onun üzünə və boğazına ümumilikdə üç bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktı Nizami Rayon Polis İdarəsi araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR