Bank Of Baku

Bakıda həyat yoldaşını döyən şəxs özünü bıçaqlayıb

Bakıda həyat yoldaşını döyən şəxs özünü bıçaqlayıb
# 14 aprel 2022 02:55 (UTC +04:00)

Bakının Sabunçu rayonunda ər həyat yoldaşını döydüyü üçün intihara cəhd edib.

APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.

Belə ki, Tramvay küçəsində yaşayan 1985-ci il təvəllüdlü Hacıyev Rza Səlim oğlu həyat yoldaşını döyərək ona xəsarət yetirib.

Əməlindən peşman olan R.Hacıyev intihara cəhd edib. O, mətbəx bıçağı ilə özünə bir neçə xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR