Bakıda iki yeniyetmə dəm qazından zəhərlənib

Bakıda iki yeniyetmə dəm qazından zəhərlənib
# 24 yanvar 2022 03:22 (UTC +04:00)

Bakının Sabunçu rayonunda dəm qazından iki nəfər zəhərlənib.

APA xəbər verir ki, hadisələr Zabrat və Ramana qəsəbələrində qeydə alınıb.

Ramana qəsəbəsində 2005-ci il təvəllüdlü Quluzadə Sənan yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

Zabrat qəsəbəsində isə 2006-cı il təvəllüdlü Qəribov Sərdar Rafiq oğlu da hamam otağında zəhərlənib.

Hər iki yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR