Bakıda kirayə qalan şəxs ev sahibini bıçaqlayıb

Bakıda kirayə qalan şəxs ev sahibini bıçaqlayıb
# 18 noyabr 2022 03:48 (UTC +04:00)

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

S.Əliyev küçəsində yerləşən fərdi yaşayış evinin sahibi mənzilində kirayə qalan şəxslə mübahisə edib. Mübahisə zamanı ev sahibi 1968-ci il təvəllüdlü Musayev Aqil Bahadur oğlu qarnından bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Onu bıçaqlayan şəxs 16 yaşlı yeniyetmədir. Yeniyetmə ev sahibi anasına sataşdığını eşitdiyi üçün bu əmələ əl atdığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR