Bakının Binəqədi rayonunda bir nəfər bıçaqlanaraq ağır vəziyyətə düşüb.
APA xəbər verir ki, hadisə Xocəsən qəsəbəsində küçədə baş verib.
1961-ci il təvəllüdlü İbişov Camal Rzaqulu oğlu naməlum şəraitdə bıçaqlanaraq ağır xəstəxanaya yerləşdirilib.
Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.
Faktı Binəqədi Rayon Polis İdarəsinin 40-ci Polis Bölməsinin əməkdaşları araşdırır.