Bakıda maşın 4 avtomobilə çırpılıb, xəsarət alan var - FOTO - VİDEO

Bakıda maşın 4 avtomobilə çırpılıb, xəsarət alan var  - FOTO   - VİDEO
# 28 noyabr 2022 03:03 (UTC +04:00)

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb. “Nissan” markalı avtomobil yüksək sürətlə Sübhan Xəlilovun idarə etdiyi “BMW”yə cırpılıb. İdarəetmədən çıxan avtomobil ardınca yol kənarında dayanmış “Qazel”ə, sonra isə “Chevrolet” və “Hyundai”ya dəyib. “Nissan” yalnız bardürə çırpıldıqdan sonra dayana bilib.

S.Xəlilov APA-ya bildirib ki, “Nissan”ın sürücüsü xəsarət alaraq xəstəxanaya aparılıb. O, “Nissan”ın sürücüsünün narkotik müayinədən keçməsini tələb edib. Əraziyə Binəqədi rayon polis idarəsinin əməkdaşları cəlb olunub.

Qəza nəticəsində Azadlıq prospektindən Binəqədi istiqamətinə gedən yolda tıxac yaranıb. Polis əməkdaşları hərəkəti tənzimləyir. Qəza ilə bağlı avtotexniki ekpertiza təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR