Bakıda motosiklet avtomobilə çırpılıb - FOTO

Bakıda motosiklet avtomobilə çırpılıb - FOTO
# 10 iyun 2023 03:21 (UTC +04:00)

Yasamal rayonunda yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, qəza Həsən bəy Zərdabi prospektində qeydə alınıb. Motosiklet sürücüsü idarəetməni itirərək minik vasitəsini "Mercedes" markalı avtomobilə çırpıb. Hadisə nəticəsində motosiklet sürücüsü xəsarət alıb. Əraziyə çağırılan təcili tibbi yardım avtomobilində xəsarət alan sürücüyə ilkin tibbi yardım göstərilib. Daha sonra yaralı xəstəxanaya aparılıb.

Fakt araşdırılır.

Elşən Yəhyayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR