Bakıda naməlum şəxs gənc oğlana bıçaqla hücum edib

Bakıda naməlum şəxs gənc oğlana bıçaqla hücum edib
# 11 noyabr 2022 06:55 (UTC +04:00)

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Müzəffərov Mirzaman Şahin oğlu küçədə naməlum şəxsin hücumuna məruz qalıb. Naməlum şəxs ona 4 bıçaq zərbəsi vurub.

M.Müzəffərov döş qəfəsinin sol yarısının və sağrı nahiyyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR