Bank Of Baku

Bakıda ötən il qətl törədən şəxsə hökm oxunub

Bakıda ötən il qətl törədən şəxsə hökm oxunub
# 08 aprel 2022 16:45 (UTC +04:00)

Bakıda qətl törətməkdə təqsirləndirilən Mirşahid Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, Mirşahid Mehdiyev 9 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl ötən il avqustun 18-də Qaradağ rayonunun Puta qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, avqustun 22-də qəsəbə ərazisində 1994-cü il təvəllüdlü Əhəd Nuriyevin üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Həyata keçirilən kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə müəyyən edilib ki, avqustun 18-də zərərçəkmişin tanışı, 1985-ci il təvəllüdlü M.Mehdiyev, Əhəd Nuriyevə məxsus mobil telefonda olan videogörüntüsünün sonuncu tərəfindən silinməməsi səbəbindən aralarında yaranan mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

M.Mehdiyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, yayılan məlumatlarda öldürülən Əhəd Nuriyevin cinsi azlıq nümayəndəsi olduğu bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR