Bakıda polis maşını minik avtomobili ilə toqquşub - FOTO

Bakıda polis maşını minik avtomobili ilə toqquşub - FOTO
# 09 fevral 2023 02:23 (UTC +04:00)

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, qəza Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, "Honda" markalı minik avtomobili Daxili İşlər Nazirliyinin mühafizə polisinə məxsus “Hyundai” markalı avtomobillə toqquşub.

Hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisənin təfərrüatı araşdırılır.

Elşən Yəhyayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR