Bakıda “Prius” aşıb, ölən və yaralanan var - FOTO

Bakıda “Prius” aşıb, ölən və yaralanan var - FOTO
# 06 fevral 2023 04:11 (UTC +04:00)

Bakının Nəsimi rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, qəza Azadlıq prospektində qeydə alınıb.

“Toyota Prius” markalı avtomobili idarə edən sürücü yüksək sürətlə maşını əvvəlcə ağaca, daha sonra mağazaya və yol nişanına çırpıb. Zərbənin gücündən avtomobil aşıb, sərnişin - 1991-ci il təvəllüdlü Arif Rəhimli ağır bədən xəsarətləri alıb. Digər sərnişin isə aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparılır.

Qəzanı törədən sürücü saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR