Bakının Nizami rayonunda yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.
“Toyota” markalı avtomobilin sürücüsü maşını yüksək sürətlə işıqforun qırmızı işığlnda dayanan “Opel”ə çırpıb. Zərbənin təsirindən “Toyota”nın sərnişini xəsarət alıb.
Fakt araşdırılır.