Bakıda qadın oteldə bıçaqlanıb

Bakıda qadın oteldə bıçaqlanıb
# 28 iyun 2022 01:06 (UTC +04:00)

Bakının Sabunçu rayonunda qadın bıçaq xəsarətləri alıb.

APA xəbər verir ki, hadisə otellərdən birində baş verib.

1990-cı il təvəllüdlü Yusufova Rəhimə Telman qızı tanışı ilə oteldə dava edib. Dava zamanı o, bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR