Bakıda qadını döyərək 11 min manatını alıblar

Bakıda qadını döyərək 11 min manatını alıblar
# 09 fevral 2023 11:39 (UTC +04:00)

Paytaxtın Nizami rayonu ərazisində bir qadını döyməkdə və hədə-qorxu gələrək 11.000 manat pulunu almaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-dən APA-ya verilən məlumata görə, paytaxtın Nizami rayonu ərazisində bir qadının döyülməsi və hədə-qorxu gəlməklə 11.000 manat pulunun alınması barədə polisə məlumat daxil olub.

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş M.Qəniyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR