Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 270 m² olan restoranın bacasında yağ qalıqları və 4 p.m elektrik kabeli yanıb.
APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Xəbərə görə, restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
13.44
Bakıda restoranda yanğın olub.
APA xəbər verir ki, Yasamal rayonu, Parlament prospektində yerləşən "Naxçıvan" restoranının tüstü bacasında yağ qalıqları yanıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb.