Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.
APA xəbər verir ki, avtoqəza Elşən Süleymanov küçəsində baş verib.
Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirirərək maşını eyni istiqamətdə olan “Nissan” markalı nəqliyyat vasitəsinə çırpıb.
Zərbənin təsirindən avtomobillər yolda dövrə vurduqdan sonra dayanıblar.
Hadisə nəticəsində hər iki maşın deformasiyaya uğrayıb, 2 nəfər xəsarət alıb.
Yaralılar əraziyə çağırılan təcili yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin əməkdaşları da cəlb olunub.
Avtomobillər yoldan götürülərək cərimə meydançasına yerləşdirilib.
Hadisə ilə əlaqədar avtotexniki ekspertiza təyin edilib.
Araşdırma aparılır.