Bakıda yol qəzası olub, ölən var

Bakıda yol qəzası olub, ölən var
# 16 yanvar 2023 09:11 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Binəqədi-Mehidabad yolunda qeydə alınıb.

Xədicə Allahverdiyevanın idarə etdiyi "Mercedes" markalı avtomobillə Rauf Abbasovun idarə etdiyi "Toyota Prius" markalı avtomobil toqquşub.

Nəticədə "Toyota Prius"un sərnişini, 1995-ci il təvəllüdlü Xumarə Hüseynova ölüb, "Mercedes"in sürücüsü Xədicə Allahverdiyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR