Bakıda yol qəzası zamanı bir nəfər xəsarət alıb - FOTO

Bakıda yol qəzası zamanı bir nəfər xəsarət alıb - FOTO
# 29 may 2023 03:40 (UTC +04:00)

Bakının Nizami rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Rüstəm Rüstəmov küçəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı maşının sürücüsü dairədə hərəkətdə olan zaman qəfil eyni istiqamətə daxil olan “Nisan” markalı maşına çırpılıb. Zərbənin gücündən “Nissan” yol kənarında işıq dirəyinə çırpılaraq dayanıb. Qəza zamanı bir nəfər xəsarət alıb.

Əraziyə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Sürücülərin izahatı alınıb. Qəzada iştirak etmiş maşınlar cərimə meydançasına yerləşdirilib.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR