Balakəndə üstünə qapı aşan azyaşlı ölüb

Balakəndə üstünə qapı aşan azyaşlı ölüb
  • Clock-gray 13:59
  • calendar-gray 14 Avqust 2019

Balakəndə azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Hənifə kəndində qeydə alınıb. Kənd sakini, 2012-ci il təvəllüdlü Ağaşah Qurban oğlu Qoçiyev yaşadığı evin həyətində oynayarkən hasara söykənmiş dəmir qapı onun üstünə aşıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan A. Qoçiyev xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.

Vüqar Heydərov

Digər xəbərlər

Arxiv

date