Balakəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Talalar kəndi ərazisində E.Vəliyevin idarə etdiyi “VAZ-2103” və K.Əhmədovun idarə etdiyi “”Ford Transit” markalı avtomobillər toqquşub.
Nəticədə E.Vəliyevin sərnişinləri İlqar Əhmədov və İbrahim Musayev hadisə yerində ölüb, hər iki sürücü və 3 sərnişin xəstəxanaya yerləşdiriliblər.
Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.