Cəlilabad Müalicə Diaqnostika Mərkəzində tüstülənmə olub.
Bu barədə APA-ya FHN-dən məlumat verilib. İlkin məlumata əsasən, Mərkəzin qeydiyyat otağında tüstülənmə baş verib və FHN qüvvələri tərəfindən qısa müddət ərzində qarşısı alınıb.
***
11.37
Cəlilabad Müalicə Diaqnostika Mərkəzində yanğın başlayıb.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin 2 avtomobili və Göytəpə şəhər yanğından mühafizə bölməsinin 1 avtomobili və şəxsi heyəti cəlb olunub.
Hazırda yanğının qarşısını almaq işləri aparılır.