Cəlilabadda bıçaqlanma hadisəsi olub.
APA-nin cənub bürosunun xəbərinə görə, şəhərin mərkəzi küçələrindən birində 1995-ci il təvəllüdlü Teymur Nəbi oğlu Bayramova bıçaqla xəsarət yetirilib. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Hazırda hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.