İstirahət günləri cinayət törədən 57 nəfər tutulub

İstirahət günləri cinayət törədən 57 nəfər tutulub
  • Clock-gray 10:48
  • calendar-gray 14 Oktyabr 2019

Daxili İşlər Nazirliyi (DİN) oktyabr ayının 12-dən 14-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistikanı açıqlayıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər orqanları tərəfindən 2 gün ərzində törədilmiş 41 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah- sursatla bağlı 1 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.
 

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date