Digahda təmir sexində yanğın olub, 2 avtomobil yanıb

Digahda təmir sexində yanğın olub, 2 avtomobil yanıb
# 04 iyul 2022 15:35 (UTC +04:00)

Abşeron rayonunda yanğın olub.

FHN-dən APA-yaverilən məlumata görə, Abşeron rayonunun Digah qəsəbəsində 8 boksdan ibarət ümumi sahəsi 256 m² olan (hər birinin sahəsi 32 m²) avtomobil təmiri sexinin 3 boksunun dam örtüyü və içərisində avadanlıqlar 96 m² sahədə, 2 boksunun içərisində təmirə dayanan 2 ədəd “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Xəbərə görə, yüksək temperaturdan 2 boksun lambirdən ibarət tavanı 60 m² sahədə əriyib. Sexin qalan hissəsi və içərisində olan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR