DİN: 6-cı sinif şagirdinin məktəbdə intihara cəhd etməsi barədə məlumat təsdiqini tapmayıb

DİN: 6-cı sinif şagirdinin məktəbdə intihara cəhd etməsi barədə məlumat təsdiqini tapmayıb
# 16 fevral 2023 09:47 (UTC +04:00)

Nəsimi rayonu, 159 saylı orta məktəbin altıncı sinif şagirdinin məktəbdə intihara cəhd etməsi barədə məlumat yayılıb.

APA xəbər verir ki, bu barədə sosial şəbəkələrdə edilən paylaşımda şagirdin məktəbin direktoru tərəfindən təhqir edildiyi üçün intihar etmək istədiyi deyilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti qeyd olunan məlumatın polis əməkdaşları tərəfindən yoxlanıldığını, şərti adı A.A olan şagirdin müəllimlərinin və valideynlərinin məlumatı təsdiq etmədiyini bildirib.

Qeyd olunub ki, şagird hazırda dərsdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR