DYP "Qarabağ" - “Qalatasaray” oyunu ilə bağlı azarkeşlərə müraciət edib

DYP "Qarabağ" - “Qalatasaray” oyunu ilə bağlı azarkeşlərə müraciət edib
# 24 mart 2023 12:43 (UTC +04:00)

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) martın 26-da keçiriləcək "Qarabağ"-“Qalatasaray”oyunu ilə bağlı azarkeşlərə müraciət edib.

Qurumun baş inspektoru Araz Əsgərlinin APA-ya verdiyi məlumata görə, müraciətdə azarkeşlərdən ictimai nəqliyyatdan, xüsusilə ayrılmış ekspress marşrutlardan istifadə etmələri xahiş olunub.

Qeyd olunub ki, azarkeşlər oyundan 1 saat əvvəl “Bakı Olimpiya Stadionu”una gəlməli, ictimai asayişi qorumalı, digər vətəndaşlara maneə yaratmamalıdırlar.

DYP “Qarabağ”a oyunda uğurlar arzu edib, hər kəsi iki qardaş ölkənin yoldaşlıq oyunundan zövq almağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR