Gədəbəydə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Gədəbəydə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
# 24 sentyabr 2022 11:32 (UTC +04:00)

Gədəbəydə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, sentyabr ayının müxtəlif vaxtlarında ümumilikdə 3 vətəndaşa məxsus 13 baş ümumi dəyəri 11 min manat olan iribuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini Vaqif Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, şübhəli şəxs heyvanları otlaq sahəsindən oğurlayıb. Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib, iribuynuzlu heyvanlar isə sahibinə qaytarılıb.

Faktla bağlı cinayət işi başlanıb araşdırmalar davam etdirilir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR