Gəncədə 41 yaşlı kişi bıçaqlanıb

Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
# 19 iyul 2022 18:17 (UTC +04:00)

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərdə yerləşən kafelərin birində qeydə alınıb.

41 yaşlı İlkin Mirzəyev bud nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin Mirzəyev bildirib ki, o, tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR