Gəncədə arvadını qətlə yetirən kişi tutulub - YENİLƏNİB-2

Gəncədə arvadını qətlə yetirən kişi tutulub - YENİLƏNİB-2
# 13 mart 2023 23:00 (UTC +04:00)

Gəncədə qadının qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, Şəmkir rayon sakini, 1985-ci il təvəllüdlü Elşən Quliyevin həyat yoldaşı - Tovuz rayonun Alakol kənd sakini 1980-ci il təvəllüdlü Yeganə Hümbətova ilə aralarında mübahisə düşüb.

Bu zaman əsəblərinə hakim ola bilməyən 38 yaşlı kişi həyat yoldaşının ürək nahiyəsinə bıçaqla zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Xatırldaq ki, bu, Yeganə Hümbətovanın ikinci evliliyi olub. Onun birinci əri bir neçə il qabaq vəfat edib.

Mərhum ötən il Elşən Quliyevlə ailə qurub. 43 yaşlı qadının birinci evliliyindən bir qızı, bir oğlu olub.

***

18.17

Gəncədə həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın əldə etdiyi xəbərə görə, qətli törətməkdə şübhəli bilinən Elşən Quliyev saxlanılaraq istintaqa təhvil edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya məlumatı təsdiq ediblər.

***

12.41

Prokurorluq Gəncədə baş verən qətl barədə məlumat yayıb.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, Gəncə şəhəri ərazisində üzərində xəsarətlər olan qadın meyitinin aşkar olunması barədə prokurorluğa məlumat daxil olub.

İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1980-ci il təvəllüdlü Yeganə Hümbətova olması müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Təfərrüatlar barədə əlavə məlumat veriləcək.

***

12.21

Gəncədə qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində 1985-ci il təvəllüdlü Elşən Quliyev həyat yoldaşı 1980-ci il təvəllüdlü Yeganə Hümbətovanı bıçaqla qətlə yetirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, qətl qısqanclıq zəminində baş verib.

Sail Ağasəlim

Fuad Nazimoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR