Bank Of Baku

Gəncədə basqın zamanı ev sahibi xəsarət alıb

Gəncədə basqın zamanı ev sahibi xəsarət alıb
# 08 aprel 2022 22:56 (UTC +04:00)

Gəncədə evə basqın edən şəxs ev sahibinə xəsarət yetirib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Həmin ünvanda olan mənzilə girən naməlum şəxs və ya şəxslər ev sahibi Rəşid Abbasovun baş nahiyəsinə kəsici alətlə xəsarətlər yetiriblər. Daha sonra yaranan səs-küyə görə basqınçı və ya basqınçılar evdən qaçıblar. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Rəşid Abbasov Gəncə hadisələrində qətlə yetirilən GŞBPİ-nin Nizami rayon Polis idarəsinin rəis müavini mərhum Səməd Abbasovun qardaşdır. R.Abbasovun digər qardaşı İmamzadə ziyarətgahının mütəvəllisi, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi HacıTahir Abbasovdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR