Bank Of Baku

Gəncədə kafeyə qumbara atılıb - FOTO - YENİLƏNİB

Gəncədə kafeyə qumbara atılıb - FOTO  - YENİLƏNİB
# 20 may 2023 20:51 (UTC +04:00)

Xəbərə foto əlavə olunub.

***

20.48

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisindəki kafelərdən birinə partlayıcı maddə atılması barədə məlumat daxil olub.

Dərhal Baş Polis İdarəsinin və 2-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə cəlb olunub. Müvafiq araşdırmalar aparılır. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı əlavə məlumat veriləcək

***

20.31

Gəncədə qumbara partlayıb.

APA-nın yerli bürosonun məlumatına görə, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.

Sözügedən ünvanda yerləşən kafeyə naməlum şəsx qumbara atıb. Qumbara partlayıb, xöşbəxtlikdən hadisə vaxtı ölən və xəsarət alan olmayıb. İlkin məlumata görə həmin ərazidə dava olub.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR