Gəncədə piyadanın vurulması ilə nəticələnən ağır qəza baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Fətulla Həsənov küçəsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı avtomobil yol kənarında dayanan 3 tələbəni vurub.
Hadisəyə səbəb avtomobilin şinlərindəki nasazlıq olub.
Qəza zamanı Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Rzayev Eltun Arif oğlu, Şəki sakini 2003-cü il təvəllüdlü Məmmədov Pərvin Kamal oğlu və Tovuz sakini 2002-ci il təvəllüdlü Musayev Təbriz Pərviz oğlu müxtəlif dərəcəli bəədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Onlardan Rzayev Eltunun vəziyyəti ağırdır.
Məlumata görə, piyadalar Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsidir.
Faktla bağlı araşdırma aparılır