Goranboyda baş vermiş avtoqəzada 3 nəfər xəsarət alıb

Goranboyda baş vermiş avtoqəzada 3 nəfər xəsarət alıb
# 12 noyabr 2019 22:28 (UTC +04:00)

Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Goran-Goranboy yolunda qeydə alınıb.

Şamxal Hüseynovun idarə etdiyi “VAZ 21099” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü Ş.Hüseynov və onun sərnişinləri – Məmməd Məmmədov və Elşad Pənahov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu deyilir.

Təfərrüatlar araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR