Bank Of Baku

Goranboyda maşın dəmir arakəsməyə çırpılıb, 10-a yaxın şəxs xəsarət alıb

Goranboyda maşın dəmir arakəsməyə çırpılıb, 10-a yaxın şəxs xəsarət alıb
# 09 aprel 2022 15:47 (UTC +04:00)

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunun Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb. “KamAZ” markalı maşınının sürücüsü idarəetməni itirdiyindən maşın yol kənarında olan dəmirə çırpılıb. Hadisə nəticəsində 10-a yaxın şəxsin xəsarət aldığı bildirilir.

İlkin xəbərə görə, qəzaya səbəb “KamAZ”-ın qarşısında digər avtomobilin qəflətən əyləci basaraq manevr etməsi olub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR