Goranboyda tanışının başını daşla əzərək öldürən şəxsin istintaqı başa çatıb

Goranboyda tanışının başını daşla əzərək öldürən şəxsin istintaqı başa çatıb
# 28 aprel 2022 09:39 (UTC +04:00)

Goranboyda tanışını öldürməkdə təqsirləndirilən Çoşqun Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materilları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Roman Ələkbərlinin icraatına verilib.

Qeyd edək ki, ötən il noyabrın 13-ü rayonun Ballıqaya kəndi ərazisində naməlum şəxsə məxsus meyit fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılıb. Araşdırmalarla noyabrın 10-u Yevlax şəhər sakini 1977-ci il təvəllüdlü Coşqun Əhmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı 1968-ci il təvəllüdlü Qədir Ələsgərovu avtomobillə Yevlax şəhərindən Goranboyun Ballıqaya kəndi ərazisinə gətirərək orada sonuncunun baş nahiyəsinə daşla xəsarətlər yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Çoşqun Əhmədov tutularaq istintaqa təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR