Göyçayda 4 otaqlı ev yanıb - FOTO

Göyçayda 4 otaqlı ev yanıb - FOTO
# 29 avqust 2022 17:40 (UTC +04:00)

Göyçay rayonunda fərdi yaşayış evi yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 17:00 radələrində Göyçay rayonu Hacalıkənd kənd sakini Zahid Xəlilova məxsus 4 otaqlı, bir mərtəbəli evdə başlayan yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı Zahid Xəlilov və ailə üzvləri evdə olmayıb. Evin hansı səbəbdən yandığı məlum deyil. Qonşular Zahid Xəlilovun ikinci dəfə ailə həyatı qurduğunu, birinci həyat yoldaşının ailəsi tərəfindən ona qarşı təzyiqlər olunduğunu bildiriblər. Hadisə şahidləri evin qəsdən yandırıldığını iddia edirlər. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları və FHN-in işçiləri hadisə yerindədir, araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR